Bakıda sərxoş şəxsi kafedə döyüb pulunu oğurladılar
Bakıda sərxoş müştəri kafedə döyülüb.
Movqe.az-ın məlumatına görə, hadisə paytaxtın paytaxtın Nəsimi rayonu ərazisindəki kafedə baş verib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İbadov Rahib Məmmədağa oğlu polisə müraciət edərək bildirib ki, gecə saat 05 radələrində 3-cü mikrorayon dairəsi, Alı Mustafayev küçəsində yerləşən "Milli xörəklər" kafesində sərxoş vəziyyətdə olarkən naməlum şəxs tərəfindən döyülərək 300 manat pulu oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend