Əlaqə Arxiv
news Image
2019.03.06
19:23
| A A A
Narkotik satan keçmiş məhkum tutuldu

Lənkəranda əvvəllər məhkum olunmuş şəxsdən 4,2 kiloqrama yaxın tiryək aşkar edilib.
Movqe.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan tiryək aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz