Əlaqə Arxiv
news Image
2019.03.07
14:11
| A A A
Qoyun və keçi oğruları tutuldu

23 baş qoyun və 9 baş keçini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakinləri Ş.Mehdiyev və V.Vahidov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Kürdəmir RPŞ və Ağsu RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-nə keçən gecə Kürdəmir rayonunun Pirili kəndindəki evlərin birinin həyətindən 23 baş qoyun və 9 baş keçini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakinləri Ş.Mehdiyev və V.Vahidov saxlanılıblar. 

 

Sizin Reklam Yeriniz