Bakıda 70 yaşlı kişi gəlinini vəhşicəsinə döydü
Bakıda gəlin qayınatasından polisə şikayət edib.
Movqe.az xəbər verir ki, Xətai rayon Sarayevo küçəsində yaşayan 35 yaşlı Elya Yarıyeva (ad və soyad şərtidir) qayınatasının onu döydüyünü bildirib. 34-cü Polis Şöbəsinə şikayət edən qadın 70 yaşlı qayınatası Saməddin Yarıyevin onu vəhşicəsinə döyərək xəsarətlər yetirdiyini qeyd edib.
Faktla bağlı araşdırmalar aparılır.