Əlaqə Arxiv
news Image
2019.03.13
12:21
| A A A
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Belə ki, martın 12-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Sizin Reklam Yeriniz