Əlaqə Arxiv
news Image
2019.03.23
15:13
| A A A
Pul, qızıl və... araq oğruları tutuldular

 

Ağcabədi rayonunda 3 evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-18-də rayon ərazisindəki 3 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuş Z.İbrahimov saxlanılıb.

RPŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri ilə martın 18-də rayon ərazisindəki kafelərdən birindən spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Hüseynov və Ə.İsmayılov saxlanılıblar.

Sizin Reklam Yeriniz