Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı
Paytaxt sakini liftdə bıçaqlanıb. Movqe.az ONA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 2 saylı binada baş verib. 1974-cü il təvəllüdlü Şükürov Habil Abduləli oğlu binanın liftinə daxil olarkən tanışı tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.