Əlaqə Arxiv
news Image
2019.03.27
16:53
| A A A
Bakıda qəza - Avtomobil işıq dirəyinə çırpıldı (VİDEO)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə saat 15 radələrində Cavadxan küçəsində qeydə alınıb. İdarəetməni itirən "Chevrolet Aveo" markalı minik avtomobilinin sürücüsü maşını işıq dirəyinə çırparaq aşırıb.

Şahidlərin sözlərinə əsasən, qəza nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri araşdırılır.

 

Sizin Reklam Yeriniz