Əlaqə Arxiv
news Image
2019.03.30
14:40
| A A A
Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

 

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də “Toyota” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MÖVQE-yə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz