Gürcüstanda qarşıdurmalar baş verib, onlarla yaralı var
Gürcüstanın Pankis dərəsində qarşıdurmalar zamanı 40-dan çox insan xəsarət alıb.
Trend-in məlumatına görə, qarşıdurmalar hüquq mühafizə orqanları və Gürcüstanda hidroelektrostansiyanın (HES) tikintisinə etiraz edən sakinlər arasında baş verib.
Xəsarət alanlardan 30-u xəstəxanalarda qalır, onlardan 27-si hüquq mühafizə orqanlarının nümayəndəsi, biri jurnalist və iki nəfəri isə aksiya iştirakçısıdır.