Əlaqə Arxiv
news Image
2019.05.01
14:17
| A A A
Türkiyədə avtobus qəzası nəticəsində 5 nəfər həyatını itirib

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan bölgəsindən Şanlıurfaya Zəhmətkeşlər Günü münasibətilə keçirilən tədbirə gedən insanları aparan avtobus aşıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar Şanlıurfa Mehmet Akif İnan Dövlət Xəstəxanasına yerləşdiriblər.

Qəza səbəbindən Şanlıurfada keçirilməsi planlaşdırılan bayram tədbiri təxirə salınıb.

Sizin Reklam Yeriniz