Əlaqə Arxiv
news Image
2019.05.03
17:17
| A A A
Qadın onunla yatmaq istəyən ərini öldürdü - Azərbaycanda ŞOK OLAY

Sumqayıt şəhərində ərinin ölümündə təqsirli bilinən Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Samirə Səmədovanın (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib – red.) məhkəməsi başa çatıb.

Movqe.az Teleqraf.com-a istinadən xəbər verir ki, Samirə Səmədovanın keçmiş əri Mahir Əmirov 2016-cı ilin sentyabrın 7-dən 8-nə keçən gecə saat 1 radələrində kirayədə yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayondakı evinə gəlib.

Qapı döyüldükdə keçmiş ərinin gəldiyini bilən Samirə əvvəlcə qapını açmaq istəməyib. Lakin yarana biləcək səs-küydən qonşular arasında rüsvay olacağını düşünən Samirə Mahiri yaşadığı mənzilə buraxıb.

Mahir əvvəllər ər-arvad münasibətlərində olduqlarını əsas gətirib, onunla yatağa girmək istədiyini bildirib. Qadın onun təklifini rədd edib. Buna görə mübahisə yaranıb. Mahir mətbəxə keçib və oradan götürdüyü bıçaqla Samirəni hədələyib.

Samirə isə onun əlindən bıçağı zorla almaq qərarına gəlib. Əlbəyaxa dava zamanı bıçaq Mahirin bud nahiyəsini kəsib.

Onu Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, Mahirin həyatını xilas etmək mümkün olmayıb. Mahir xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən Samirə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Samirə Səmədova aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Samirə Səmədova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. Qeyd edib ki, təqsirləndirilən şəxsin əməli düzgün qiymətləndirilməyib.

Hüquqi varis hökmün ləğv edilməsini, işin yenidən araşdırılması, Samirə Səmədovaya qəsdən adam öldürmə ittihamının verilməsi üçün işin prokurorluğa qaytarılmasını istəyib.

Bu şikayətlər Sumqayıt Apelyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb.

Bu qərardan sonra həm təqsirləndirilən şəxs, həm də zərərçəkmişin hüquqi varisi Ali Məhkəməyə kasasiya şikayəti qaydasında müraciət ediblər. Hər iki tərəfin şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.

Yaxın günlərdə bu şikayətlərə baxılacaq.

Sizin Reklam Yeriniz