Əlaqə Arxiv
news Image
2019.05.06
16:00
| A A A
Bakıda mənzildən kişi meyiti aşkarlanıb

Bakıda mənzildən 69 yaşlı kişinin meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Vladimir Vorobyovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Sizin Reklam Yeriniz