Əlaqə Arxiv
news Image
2019.05.08
16:20
| A A A
Şəmkirdə avtobus aşdı: 3 nəfər öldü, 7 nəfər yaralandı

Şəmkir rayonu ərazisində baş verən avtobus qəzası nəticəsində 3 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-sının vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir".

Xatırladaq ki, Şəmkir rayonunun Qaracəmilli kəndində Şəmkir-Qaracəmilli marşrutu üzrə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz