Əlaqə Arxiv
news Image
2019.05.09
21:48
| A A A
Metroda cibgir yaxalanıb

Metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Movqe.az-ın məlumatına görə, hadisə metronun "20 yanvar" stansiyasında baş verib.

Stansiyada naməlum şəxs sərnişin, Göycay rayon sakini Ravər Şəmiyevin 160 manat pulunu və sənədlərini oğurlayarkən polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs Sumqayıt şəhər sakini, əvvələr Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Eynulla Hüseynovdur.

 

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz