Əlaqə Arxiv
news Image
2019.05.15
13:32
| A A A
Axtarışda olan Bakı sakininin evindən narkotik çıxdı

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə əməliyyat-axtarış tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz