Əlaqə Arxiv
news Image
2019.05.17
10:30
| A A A
Bakıda iranlı qadın narkotik satarkən yaxalandı

Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Movqe.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Daxil olan məlumat əsasında paytaxtın Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Qaradağ küçəsi 5 saylı ünvanın qarşısında İran İslam Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Mohammadnia Valieh Dahaz qızı saxlanılıb.

Əməliyyat zamanı onun üzərindən satış məqsədilə gəzdirdiyi 277 ədəd metadon həbi və 11,08 qram narkotik vasitə aşkar edərək götürülüb.

Sizin Reklam Yeriniz