Əlaqə Arxiv
news Image
2019.05.17
12:32
| A A A
Bakıda Ucar sakininin avtomobilindən silah-sursat aşkarlanıb

Qaradağ rayonunda Ucar rayon sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz