Əlaqə Arxiv
news Image
2019.05.19
15:15
| A A A
Şamaxıda maşın yoldan çıxaraq aşıb, iki yaralı var - FOTO

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km.-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz