Əlaqə Arxiv
news Image
2019.05.20
14:42
| A A A
Bərdədə avtomobil təmiri sexində partlayış olub - Xəsarət alanlar var

Bərdə rayonunda avtomobil təmiri sexində partlayış olub.

Trend-in məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndindəki avtomobil sexində baş verib.

Rayonun Kələntərli kənd sakini, 1970-ci il təvəllüdlü Orucov Habil Bəhlul oğluna məxsus avtomobil sexində yanğınla nəticələnən partlayış olub. Hadisə nəticəsində sexin sahibi və onunla birlikdə həmin sexdə işləyən Alaçadırlı kənd sakini, 1961-ci il təvəllüdlü Qasımov Telman Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yeləşdirilib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətləri ağır olduğundan onlar Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə göndəriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz