Əlaqə Arxiv
news Image
2019.05.20
14:54
| A A A
Yapon turist bədbəxt hadisə nəticəsində həyatını itirib

Rusiyanın Kamçatka yarımadasında yapon turist bədbəxt hadisə nəticəsində həyatını itirib.

AZƏRTAC xəbər verir ki, Rusiya Təhqiqat Komitəsinin məlumatına görə, hazırda faciənin səbəbləri araşdırılır.

Üç yapon turist “Kamen” vulkanına qalxarkən onlardan biri hündürlükdən yıxılıb. Həlak olan turistin cəsədi və qrupun digər üzvləri helikopterlə Ust-Kamçatsk rayonunun Kozırevsk qəsəbəsinə gətiriliblər. Yaponiyalı turistlər vulkana bələdçisiz və müşayiətsiz qalxıblar.

 

Sizin Reklam Yeriniz