Əlaqə Arxiv
news Image
2019.05.27
13:48
| A A A
Şəmkirdə evə maskalı şəxslər girib (FOTO)

Mayın 20-də Şəmkir rayonunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, rayonun Aşağı Seyfəli kəndində yaşayan G.Qasımovanın evinə 2 maskalı şəxs girib. Quldurlar onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rus rublu, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin
şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.

Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz