Əlaqə Arxiv
news Image
2019.05.29
11:11
| A A A
Bakıda 79 yaşlı kişi itkin düşüb

Bakıda yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, 1940-ci il təvəllüdlü Yuriy Yefimoviç ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evindən çıxaraq bir daha geri qayıtmayıb.

Yaxınlarının verdiyi məlumata görə, Y.Yefimoviç adətən qonşuluqda yaşayan dostları ilə nərd oynamaq üçün çölə çıxırmış. Boz köynək və göy cinsdə olan 79 yaşlı kişi axsayır və gecə vaxtları da zəif görür.

Onu görənlərdən 050 541 30 06 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Sizin Reklam Yeriniz