Əlaqə Arxiv
news Image
2019.05.30
18:17
| A A A
Bakıda qadına hədə-qorxu gələrək 10 min manat almaq istəyən şəxs saxlanılıb

Bakıda qadına hədə-qorxu gələrək 10 min manat almaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Sizin Reklam Yeriniz