Əlaqə Arxiv
news Image
2019.05.31
10:25
| A A A
Bakı metrosunda qadın özünü qatarın altına ataraq intihar edib-YENİLƏNİB

Bakı metrosunda relsin üzərinə düşən qadının kimliyi məlum olub.

Bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə məlumat verib.

Onun sözlərinə görə, relsin üzərinə düşən qadın 1965-ci il təvəllüdlü Asya Əmirovadır.

Qadın xilas olunub, vəziyyəti normaldır.

09:55

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihar hadisəsi baş verib. 

"Report"un əldə etdiyi məlumata görə, bir qadın özünü qatarın altına ataraq intihar edib. 

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. 

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək.

Sizin Reklam Yeriniz