Əlaqə Arxiv
news Image
2019.05.31
13:52
| A A A
14 yaşlı itkin düşən məktəbli tapılıb - FOTO-YENİLƏNİB

Cəlilabad rayonunda itkin düşmüş məktəbli tapılıb.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Məlumata görə, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlunu həmin kəndin sakinləri rayon mərkəzində tapıb.

Yeniyetmənin gecəni rayon mərkəzində keçirdiyi məlum olub.

11:22

Cəlilabad rayonu, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlu itkin düşüb.

Movqe.az xəbər verir ki, bu barədə “Report”a onun atası Elman Miriyev məlumat verib.

Səkkizinci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub.

Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət ediblər.

Onu görənlərdən (050) 522 – 15 – 95 və ya (050) - 481 - 61 - 39 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Sizin Reklam Yeriniz