Əlaqə Arxiv
news Image
2019.06.01
20:42
| A A A
Sumqayıtda 55 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Sumqayıt şəhərində 55 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Beton zavod adlanan ərazidə baş verib.

Belə ki, yaşadığı evin damına çıxan 55 yaşlı Aqil adlı şəxs yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə həmin şəxs dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz