Əlaqə Arxiv
news Image
2019.06.02
14:55
| A A A
İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər yaxalanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, daxil olan məlumat əsasında rayon sakini Əkbərov Murad Azər oğlu İsmayıllı şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində axtarış aparılan zaman əynindəki tüng göy rəngli cins şalvarın sağ cibindən siqaretin gümüş rəngli kağız bükümündə, qanunsuz olaraq əldə etdiyi çətənə ("kannabis") bitkisindən kustar üsulla hazırlanmış 0,21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Səmədli Emin Səxavət oğlu, Məhərrəmov Taleh Oqtay oğlu da şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs polis şöbəsinə gətirilib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Sizin Reklam Yeriniz