Əlaqə Arxiv
news Image
2019.06.03
14:30
| A A A
Kürdəmirdə ağır qəza: Ölən və yaralananlar var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. 

Movqe.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Garıs Əyribənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "AzSamand" markalı minik avtomobili velosipedlə qarşısına çıxan həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ramil Mirələm oğlu Nadirovu vuraraq öldürüb, daha sonra isə idarəetməni itirərərək yoldan çıxaraq aşıb. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz