Biləsuvarda yol qəzası olub, xəsarət alan var
Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Feyzullayev Nurlan Qasım oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yeniyetmə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.