Əlaqə Arxiv
news Image
2019.06.07
15:17
| A A A
Gəncədə qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutulub

Gəncədə qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılmışlar.

Sizin Reklam Yeriniz