Əlaqə Arxiv
news Image
2019.06.07
16:49
| A A A
İsmayıllıda 4 ton narkotik vasitə məhv edilib

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Bu barədə "Report"a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan  məlumat verilib. 

Belə ki, rayonun Xanagah kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 4 tondan artıq olan 3423 ədəd narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz