Əlaqə Arxiv
news Image
2019.06.10
13:00
| A A A
Bakıda xəstəxanada əri tərəfindən bıçaqlanan tibb bacısı öldü - YENİLƏNİB

M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində əri tərəfindən bıçaqlanan 1978-ci il təvəllüdlü Xavər İbrahimova həkimlərin səyinə baxmayaraq dünyasın dəyişib.

Unikal.org-un məlumatına görə, Xavər İbrahimova 1998-ci ildən Mərkəzin qəbul şöbəsində çalışırmış. Cütlüyün övladı olmayıb. Əri 1980-ci il təvəllüdlü Faiq İbrahimov əsəb xəstəsi imiş. 

11:20

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib.

Mübahisə nəticəsində F.İbrahimov üzərində gətirdiyi bıçaqla X.İbrahimovanın boğazını kəsib.

Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən F.İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib. F.İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz