Əlaqə Arxiv
news Image
2019.06.10
12:52
| A A A
Sabirabadda avtomobil su kanalına düşüb, sürücü ölüb

Sabirabad rayonunda yol qəzası baş verib. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Həmidov küçəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1982-ci il təvəllüdlü Azad Hümbət oğlu Həziyev idarə etdiyi avtomobili su kanalına aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz