Bakıda usta yeni tikilən yaşayış binasından yerə yıxıldı
Bakıda tikintidə bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Həmin qəsəbədə inşa olunan sosial təyintlı çoxmənzilli yaşayış kompleksinin tikintisi zamanı orada bənna işləyən Əliyev İmran Hacıağa oğlu kompleksin 6-cı binasının 3-cü seksiyasının 2-ci mərtəbəsindən yıxılıb.
Yaralı bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.