Əlaqə Arxiv
news Image
2019.06.14
10:32
| A A A
Xırdalanda gecə motosiklet qəza törətdi - 20 yaşlı qız dünyasını dəyişdi

Ötən gecə Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Xırdalan dairəsinin yaxınlığında qeydə alınıb. Motosikletin qəza dörədməsi nəticəsində 1999-cu il təvəllüdlü Nuray Etibar qızı dünyasını dəyişib. Qəzada daha iki nəfər xəsarət alıb.

Onlar 2005-ci il təvəllüdlü Fərəczadə Ramal Ramil oğlu və 1996-cı il təvəllüdlü Bəkirov İlkin Mürsəl oğludur.

Baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Sizin Reklam Yeriniz