Əlaqə Arxiv
news Image
2012.05.04
18:24
| A A A
Bin Laden Obamaya sui-qəsd planı hazırlayıb

Mövqe.az "Euronews"a istinadən xəbər verir ki, Əl Qaidə Lideri Usəma bin Ladenin ötən il öldürüldüyü Pakistandakı evindən tapılan sənədlər onun Amerika Prezidenti Barak Obamaya sui-qəsd planı hazırladığını göstərib. Terrorla Mübarizə Mərkəzi adlı quruluş tərəfindən yayımlanan sənədlərə görə Bin Laden Obamaya qarşı sui-qəsd törədib   onun yerinə köməkçisi Coe Bideni keçirtmək istəyib. Beləliklə  də Biden Amerikanı böhran vəziyyətinə sala biləcəkdi. Əl Qaidənin bu məqsədlə 2010-cu ildə Obamaya 2 dəfə sui-qəsd planı hazırladığı müəyyən olub.

Əfqanə Məzahirqızı

Mövqe.az


Sizin Reklam Yeriniz