Əlaqə Arxiv
news Image
2019.06.17
20:42
| A A A
Abşeronda minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb, ölən var

Abşeronda minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Sizin Reklam Yeriniz