Əlaqə Arxiv
news Image
2019.06.18
13:53
| A A A
Bakıda yeznəsini öldürən şəxs polisə könüllü təslim olub

İyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olub və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil verib.

Sizin Reklam Yeriniz