Əlaqə Arxiv
news Image
2019.06.19
13:01
| A A A
Bakıda 80 min manatlıq OĞURLUQ

Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Rayonun Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Sizin Reklam Yeriniz