Əlaqə Arxiv
news Image
2019.06.22
18:00
| A A A
Avtobus aşdı - 17 nəfər xəsarət alan var (FOTO)

İranın cənubunda yerləşən Fars vilayətində Bəhmən-Xosrov Şirin istiqamətində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti Şimal yol polis rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.

Ə.Dehqaninin sözlərinə görə, "Pride" və "Samand" markalı minik avtomobili pikapla toqquşub.

Hadisə nəticəsində 6 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Şiraz-Səadətşəhr istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində isə 17 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində isə Zahidan-Xaş magistralında iki minik avtomobili toqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Sizin Reklam Yeriniz