Əlaqə Arxiv
news Image
2019.06.27
20:00
| A A A
Hava limanında külli miqdarda bəyan edilməyən elektronika malları aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları - 11 ədəd "qulaqlıq", 2 ədəd səsgücləndirici, 4 ədəd fotoaparat, 5 ədəd oyun diskləri, 1 ədəd plata, 1 ədəd driver, 27 ədəd harddisk, 2 ədəd "ştrix kod oxuyucu", 13 ədəd ətir, 3 ədəd driver, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd flaşkart, 2 ədəd proyektor, 4 ədəd qol saatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz