Əlaqə Arxiv
news Image
2012.05.04
21:03
| A A A
Şəmkirdə avtomobil toqquşdu

Mövqe.az xəbər verir ki, mayın 4-ü gecə saatlarında Şəmkir şəhərində ağır yol qəza hadisəsi baş verib. Belə ki, gecə saat 02:45 radələrində "VAZ-2106" və "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü xəsarət alıb. Hadisədən dərhal sonra yaralı xəstəxanaya aparılıb. Olay yerinə çatan Fövqəladə Hallar nazirliyinin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Tural QABİLOĞLU


Sizin Reklam Yeriniz