Əlaqə Arxiv
news Image
2019.06.30
12:13
| A A A
Bakıda dünya çempionu ağır qəza törətdi - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
Dünən Bakı şəhər Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində baş verən qəzanı törədən sürücünün MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov olması üzə çıxıb. Movqe.az xəbər verir ki, "Koroğlu" nəqliyyat qovşağı ilə Sabunçu qəsəbəsi arasındakı magistralda "Niva" avtomobillə yolun əks hərəkəıt zolağına çıxaraq ağlır qəza törədən və yolda böyük tıxaca səbəb olan F.Poladov xəstəxanaya çatdırılıb. Onun ağır xəsarətlər aldığı və özəl klinikalardan birinə köçürüldüyü bildirilir. Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib. Hadisə ilə bağlı ilk məlumatı Report yayıb. Bakı Nəqliyyat Agentliyi qəzadan sonra yolda yaranan vəziyyəti əks etdirən görüntülər yayıb. O görüntüləri təqdim edirik
Sizin Reklam Yeriniz