Əlaqə Arxiv
news Image
2019.07.02
15:10
| A A A
Avtomobillərdən oğurluq edənlər tutuldu

Quba və Şəkidə avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da S.Abbasovaya məxsus avtomobildən içərisində 216 manat, mobil telefon və qızıl-zinət əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Məmmədov saxlanılıb.

Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də şəhər ərazisində “Opel” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini N.Məmmədov saxlanılıb.

Sizin Reklam Yeriniz