Əlaqə Arxiv
news Image
2019.07.04
15:10
| A A A
Bakıda 60 yaşlı atasını bıçaqlayan oğul saxlanıldı

Bakıda ata oğlu tərəfindən bıçaqlanıb.

Movqe.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu iyulun 4-də gecə saat 01 radələrində yaşadığı evdə bıçaqlanıb.

Yaralı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Haqverdiyevin öz oğlu, 1985-ci il təvəllüdlü Haqverdiyev Cavid Mübariz oğlu tərəfindən bıçaqlandığı məlum olub. C.Haqverdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Sizin Reklam Yeriniz