Əlaqə Arxiv
news Image
2019.07.08
15:31
| A A A
Bakıda oğul atasına 5 bıçaq zərbəsi vuraraq öldürməyə cəhd etdi

Bakıda oğul atasını öldürməyə cəhd edib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan atası, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib.

Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 bıçaq zərbəsi endirməklə onu öldürməyə cəhd edib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsilə cinayət işi başlanıb, C.Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Sizin Reklam Yeriniz