Əlaqə Arxiv
news Image
2019.07.11
13:20
| A A A
Şəhərin mərkəzində tanker partlatdılar - Ölü və yaralılar var (YENİLƏNDİ)

Suriyanın Afrin şəhərində bomba yüklü avtomobil deyil, mazut tankeri partladılıb.

Movqe.az xəbər verir ki, partlayış nəticəsində 8 dinc sakin həlak olub, ən az, 35 nəfər yaralanıb.

Tankerdən dağılan mazut yanğına səbəb olub.

Təhlükəsizlik qüvvələri hücumun PKK/YPG terror təşkilatı tərəfindən təşkil olunduğunu ehtimal edir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” hərbi hərəkatı ilə Afrin şəhərini PKK/YPB terror təşkilatından tamamilə təmizləmişdi. Lakin şəhərin cənub-şərqində yerləşən TəL-Rıfat bölgəsində əhələ də təşkilatın ünsürləri qalmaqdadır.

Sizin Reklam Yeriniz