Əlaqə Arxiv
news Image
2019.07.16
22:00
| A A A
Bərdədə 71 yaşlı kişi əməliyyatdan sonra ölüb

Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayonun Qazqurdalı kənd sakini, 1948-ci il təvəllüdlü Surxay Qəşəm oğlu Mirzəyev qarın boşluğunda yaranan küt ağrı səbəbindən Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyata alınıb. Lakin 71 yaşlı kişi əməliyyat olunduqdan bir saat sonra dünyasını dəyişib. 

Yaxınları onun ölümünə səbəb olaraq həkim səhlənkarlığını göstərirlər.

S.Mirzəyevin meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizin Reklam Yeriniz