Əlaqə Arxiv
news Image
2019.07.23
10:57
| A A A
Bakıda gənc bacısına görə bıçaqlanıb

Bakıda bacısı təhqir edilən şəxs bıçaqlanıb.
AZXEBER.COM-un məlumatına görə, iyulun 21-də, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 23 saylı ünvanında yerləşən evin 9 nömrəli blokunda Elşən adlı şəxs tanışı, 1987-ci il təvəllüdlü Hüseynov Fuad Zahid oğlunun bacısını təhqir etdiyinə görə aralarında mübahisə yaranıb və F.Z.Hüseynova bıçaqla sol kürək və qarnın ön divarının iki ədəd kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirərək hadisə yerindən qaçıb.
Zərərçəkmiş şəxs F.Z.Hüseynov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azərsutikinti" xəstəxanasına yerləşdirilib və vəziyyəti qənaətbəxşdir.
Fakta görə Xətai RPİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.
 

Sizin Reklam Yeriniz